EQ Lab

Tez-tez verilən suallar

Cavab tapmırsınızsa WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın.

EQ Lab nədir?+
EQ Lab emosional zəkanı (EQ) elmi əsaslı situasiya mühakimə testləri (SJT) ilə ölçən rəqəmsal platformdur. 235 sualdan ibarət test 16 kompetensiya üzrə EQ profilinizi ortaya çıxarır.
Aktivləşdirmə kodunu haradan alıram?+
WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın. Ödəniş təsdiqləndikdən sonra fərdi aktivləşdirmə kodunuz sizə göndərilir.
Testi nə qədər vaxta tamamlamaq lazımdır?+
Test üçün dəqiq vaxt həddi yoxdur. Orta olaraq 45–60 dəqiqə çəkir. Sizi tələsdirmir — hər suala düşünərək cavab verə bilərsiniz.
Nəticə nə vaxt görünür?+
Testi bitirdikdə həmin an bölmə-bölmə nəticəniz ekranda görünür. "Hesabım" bölməsindən keçmiş nəticələrinizə də baxa bilərsiniz.
Eyni vaxtda bir koddan neçə cihaz istifadə edə bilər?+
Hər aktivləşdirmə kodu maksimum 2 cihaza qeydiyyatdan keçə bilər. Yeni cihaz əlavə etmək istəsəniz, dəstək ilə əlaqə saxlayın.
Korporativ paket nə deməkdir?+
Korporativ paketlər komanda üzrə toplu qiymətləndirmə imkanı verir. Hər işçi fərdi nəticə alır, HR komandası isə ümumi komanda EQ profilinə baxa bilir.
Nəticəm başqaları ilə paylaşılırmı?+
Xeyr. Nəticələriniz tamamilə məxfidir. Korporativ paketdə yalnız HR departamenti ümumi anonim statistikaya baxa bilir.
Kodun etibarlılıq müddəti nə qədərdir?+
Aktivləşdirmə kodunuzu ilk daxil olduğunuz gündən paket müddəti (90 və ya 180 gün) başlayır.